AZ

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında: Omanda “Toska” tamaşasının premyerası

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının  səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.

Əsas partiyalardan Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun canlandırdığı səhnə əsəri  böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.

Seçilən
16
19
redaktor.az

10Mənbələr