AZ

Lənkəranda xarici ölkə vətəndaşının ölümü araşdırılır

LƏNKƏRAN, 1 fevral. TELEQRAF

Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan bir nəfər vəfat edib.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, hadisə şəhər ərazisində, mərhumun müvəqqəti yaşadığı ünvanda qeydə alınıb.

Məlumata görə, Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Ali Muhammad Nasserin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

İlkin məlumatlarda bildirilir ki, mərhumun yuxusuzluqdan əziyyət çəkdiyi və bu səbəbdən dərman qəbul etdiyi ehtimal olunur. Ölümün dəqiq səbəbi aparılacaq ekspertiza rəyindən sonra açıqlanacaq.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
26
9
teleqraf.com

10Mənbələr