Bakı. Trend:
ABŞ tərəfinin bu dəfə müharibə baş verdiyi halda, bu müharibəninregional müharibə olacağını bilməsini istəyirəm.
Trend-inməlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneibu gün İranda İslam İnqilabının 47-ci illiyinin tədbirlərininbaşlanması ilə əlaqədar Tehranda bir qrup İran vətəndaşını qəbuluzamanı deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi bəzən müharibədən söz açır,təyyarə və başqa vasitələrlə gələcəyindən söz açır, bu yeni məsələdeyil.
Xamenei deyib ki, ABŞ tərəfi dəfələrlə bütün seçimlərin masaüzərində olması ilə bağlı fikirlər səsləndirib. Bütün seçimlərdedikdə isə, yəni müharibə seçimi.
İranın Ali Lideri qeyd edib ki, İran tərəfi belə fikirlərdənqorxmur, İran tərəfi müharibəni başlayan tərəf deyil və kimsəyəzülm etmək, hər hansı ölkəyə hücum etmək istəmir. Lakin hücum etməkistəyən tərəf qarşısında dayanacaq və hücum edəcək.
Xatırladaq ki, ötən ilin iyun ayında ABŞ İranın nüvəobyektlərinə hərbi hava zərbələri endirib. Zərbələr nəticəsindəİranın nüvə obyektlərinin dağıdıldığı bildirilib. Qarşılığında İranisə ABŞ-nin Qətərdəki hərbi bazasına hücum etdiyini açıqlayıb.