Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, qəza Qax–Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli