AZ

Tramp: “Çin Kanadanı ələ keçirəcək və hokkeyi məhv edəcək” - VİDEO

ABŞ prezidenti Donald Tramp Kanadada hokkeyin gələcəyi ilə bağlı narahatlığını ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, təyyarədə jurnalistlərə deyib.

Ağ Evin sahibi hesab edir ki, Çin Kanadaya nəzarəti ələ keçirə və bu idman növünü sıradan çıxara bilər.

“Biz istəmirik ki, Çin Kanadanı nəzarətə götürsün. Əgər onların bağlamağa çalışdıqları saziş baş tutsa, Çin faktiki olaraq Kanadanı ələ keçirəcək. Onların edəcəyi ilk şey isə hokkeyə son qoymaq olacaq”, – deyə Tramp bildirib.


Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr