AZ

Sülh sazişi baş tutmasa, Rusiya yeni işğala başlayacaq – NYT

ABŞ senatoru Marko Rubio bildirib ki, sülh danışıqlarında “yeganə açıq qalan məsələ” Donetsk vilayəti ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Donetsk vilayətinin Ukraynaya məxsus olan hissəsi simvolik əhəmiyyət daşıyır və onun ələ keçirilməsi Vladimir Putinə “qələbə” narrativini formalaşdırmaq imkanı verə bilər.
 

Qeyd olunur ki, sözügedən region cəbhənin ən möhkəmləndirilmiş sahələrindən biridir, çünki müdafiə xətləri hələ 2014-cü ildə, Rusiyanın genişmiqyaslı işğalına qədər inşa edilib.


Bəzi analitiklərin fikrincə, bu istehkamların itirilməsi Ukraynanı Rusiyanın gələcək istənilən hücumları qarşısında daha həssas edəcək və sülh sazişinin uğursuzluğa düçar olacağı təqdirdə Moskvaya yeni işğala başlamaq imkanı yarada bilər.


Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr