AZ

Bərəkət və yüksəliş ili - 2026 kimlərə var-dövlət vəd edir?

2026-cı ilin At ili olması fonunda astroloji proqnozları bolluq və bərəkət baxımından seçilən illəri ön plana çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, Çin təqviminə görə 2026-cı il Alovlu At ili sayılır və bu dövr yüksək enerji, sürətli dəyişikliklər, ambisiya və yeni imkanlarla xarakterizə olunur.

At ili maddi yüksəliş imkanı yaradan illərdən biri hesab olunur.

Ekspert yanaşmalarına görə cu il ən şanslı şəxslər Pələng, İt və Qoyun ilində doğulanlar olacaq. Onların At enerjisi ilə uyğunluğu bolluq, uğur və sosial dəstək baxımından üstün imkanlar yarada bilər.

Pələng At enerjisi ilə uyğunlaşaraq motivasiya, liderlik və karyera yüksəlişi əldə edə bilər.

Bu il Pələnglər üçün sürətli inkişaf və böyük qərarların ili olacaq. Eyni zamanda yeni layihələr, rəhbərlik və maliyyə artımı üçün fürsətlər də reallaşa bilər.

İt ilinin nümayəndələri At ilində sabit gəlir və güclü tərəfdaşlıqlar əldə edə bilər. 2026-cı il onlar üçün sosial əlaqələr və biznes uğurları baxımından güclü dövr olacaq.

Astroloqlar At ilinin yaradıcılıq, sevgi və maddi rahatlıq baxımından əlverişli olduğunu bildirir.

Qoyun ilində dünyaya gələnlər bu il ilham və yeni gəlir mənbələri tapa bilər. Xüsusilə şəxsi biznes və yaradıcılıq sahəsində bolluq potensialı yüksəkdir.

At ili sürət, risk və dəyişiklik ili olsa da, aktiv və qərarlı olanlar üçün maliyyə baxımından böyük sıçrayış ili ola bilər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr