Nigeriya yığmasının üzvü Ademola Lukmanın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, o, "Atletiko" klubuna transfer olacaq.
Bu barədə insayderlər - Fabritsio Romano və Matteo Moretto məlumat yayıb.
Madrid təmsilçisi onun üçün "Atalanta"ya 35 milyon avro ödəyəcək. Razılaşmada eyni zamanda 5 milyonluq bonus bəndi də var.
Lukmanla "Fənərbağça" da yaxından maraqlansa da, bu keçid baş tutmayıb.
O, cari mövsüm "Atalanta" forması ilə 19 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.