“TruthSocial”-da sələfi Barak Obamanın dərhal həbs olunmasına çağıran bir mesaj yayımlayıb.
“Cebheinfo.az” xəbər verir ki, mesajda ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın Rusiyanın 2016-cı il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran "Russiagate" istintaqı ilə bağlı yüzlərlə sənəd yayımladığı bildirilir.
Tramp qeyd edib ki, açıqlanan sənədlərdə Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinə Trampın "düşmənlə fəal şəkildə işlədiyini" və "Amerikanın demokratiyaya olan inamını və Prezident Trampın 2016-cı ildəki qələbəsini sarsıtmaq, məhv etmək" üçün saxta kəşfiyyat məlumatları hazırlamağı əmr etdiyi göstərilir.
Beləliklə, Tramp Obamanın "çevriliş cəhdi" həyata keçirdiyini bildirib.