AZ

Avropanın ən yaxşı futbolçularının reytinqi: Lider Mbappe deyil

Lamin Yamal “Barselona”nın son oyunlarında təsirli forma nümayiş etdirib. Şənbə günü 18 yaşlı cinah oyunçusu “Elçe”yə qarşı 3-1 hesablı qələbə qazandıqları matçda parlaq oyun sərgiləyib və qol vurub.

Publika.az xəbər verir ki, “WhoScored”ə görə hazırda Avropanın ən yaxşı beş liqasının ən yaxşı oyunçularının reytinqinə 8.43 orta reytinqlə Yamal başçılıq edir.

O, “Bayern Münhen”in hücumçusu Harri Keyn (8.22) və “Real Madrid”in hücumçusu Kilian Mbappedən (8.08) irəlidədir. Lamin Yamal bu mövsüm La Liqada 18 oyunda doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib.

Seçilən
15
publika.az

1Mənbələr