AZ

BMT TŞ Kiprdə Sülhməramlı Qüvvələrin mandatını uzatdı, ŞKTC bəyanat yaydı



BMT Təhlükəsizlik Şurasının Kiprdə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNFICYP) mandatının bir il müddətinə uzadılması ilə bağlı qətnaməsi Şimali Kipr Türk Cumhuriyyətində etirazla qarşılanıb. Məsələ ilə bağlı ŞKTC-nin Xarici işlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, BMT sistemi ilə bağlı legitimlik müzakirələrinin artdığı bir vaxtda Təhlükəsizlik Şurasının Kipr Türk tərəfinin razılığı olmadan “qondarma Kipr Hökuməti”nin birtərəfli razılığı əsasında Sülhməramlı Qüvvələrin mandatının uzadılması Kipr Türk xalqının varlığını və iradəsini nəzərə almayan ciddi səhv adlandırılır, Kipr Türk tərəfinin razılığı ilə KKTC sərhədləri daxilində Sülhməramlı Qüvvələrin fəaliyyətləri üçün qanuni əsasın yaradılması istənilir.

“Kipr Rum tərəfini qanunsuz olaraq "dövlət" kimi qəbul edən, neytrallıq prinsipini qorumayan və Sülhməramlı Qüvvələrin mandatını genişləndirən BMT Təhlükəsizlik Şurasının digər qətnamələri kimi, bu son qətnamə də qəbuledilməzdir”- bəyanatda deyilir.

SAMİRƏ

Seçilən
23
baki-xeber.com

1Mənbələr