Həkim və virusoloq Yelena Malinnikova qripi digər respirator virus infeksiyalarından necə ayırd edəcəyini izah etdi.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qrip həmişə yüksək hərarətlə başlayır və temperatur sanki ildırım kimi sürətlə yüksəlir, bir saat ərzində 39 dərəcədən yuxarı qalxa bilər.
Qrip həmçinin şiddətli baş ağrısı, əzələ və oynaq ağrıları ilə xarakterizə olunur, yuxarı tənəffüs yollarının simptomları (burun axıntısı, boğaz ağrısı, öskürək) isə ilk günlərdə adətən olmur.
Əgər əvvəlcə burun axıntısı və ya boğaz ağrısı, ardınca isə qızdırma müşahidə olunursa, bu, çox güman ki, qrip deyil, başqa bir kəskin respirator virus infeksiyasıdır. O əlavə etdi ki, öskürək, boğaz ağrısı və burun axıntısı adətən xəstəliyin ikinci və ya üçüncü günündə özünü göstərir.
Tərcümə: Könül Oruc
E-saglam.az