AZ

Mədəaltı vəzi xərçəngi ilə bağlı TARİXİ YENİLİK

İspaniyanlı onkoloq həkim Mariano Barbacid tibb dünyasında yeniliyə imza atıb.

"Yeni Sabah" xəbər verir ki, rəhbərlik etdiyi bir qrup elm adamları ilə birlikdə mədəaltı vəzi xərçəngi olan siçanlar üzərində təcrübə və araşdırma aparıblar.

Siçanlar üzərində daraxonrasib, afatinib və SD36 dərmanların kombinasiyasını sınaqdan keçiriblər. Nəticələr təəccüblü olub: zamanla bu birləşmə siçanlarda xərçəng hüceyrələrini məhv edərək xəstəliyi aradan qaldırıb. Həmçinin bu siçanlarda xərçəng yenidən residiv verməyib. 

Bu birləşmə arasında mühüm rol oynayan SD36-dır. Bu molekul xərçəng hüceyrələrində böyümə siqnallarını bloklayaraq hüceyrələrin yenidən yaranmasının qarşısını alır.

Bildirilib ki, əldə edilən nəticələr araşdırılaraq daha təkmil preparatlarla birlikdə insanlara tətbiq edilərsə, insanlarda xərçəngin ən aqressiv forması olan mədəaltı vəzi xərçənginin tam müalicəsinə səbəb olacaq.


Telegram kanalımız
Seçilən
27
2
yenisabah.az

3Mənbələr