“Atalanta”nın hücumçusu Ademola Lukman “Atletiko”ya keçir. Msport.az xəbər verir ki, bu məlumatı insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər. Madrid klubu bu transferə görə 35 milyon avro xərcləyəcək. “Atalanta” bonuslardan da əlavə olaraq 5 milyon qazana bilər.
28 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Lukman 2022-ci ilin yayından “Atalanta”nın formasını geyinir. O, bu müddət ərzində 137 oyunda 55 qol vurub və 27 məhsuldar ötürmə verib.
Nigeriyalı forvard 2024-cü ildə “Atalanta”nın heyətində Avropa Liqasını qazanıb.
Qeyd edək ki, “Fənərbaxça” da Lukmanı heyətinə cəlb etmək üçün uzun müddət idi danışıqlar aparırdı.