AZ

Xameneidən müharibə ilə bağlı xəbərdarlıq: "Bu dəfə regional miqyasda olacaq!"

İranın ali dini lideri Əli Xamenei diqqət çəkən açıqlamalar verib.

Publika.az "Tasnim"ə istinadən xəbər verir ki, Xamenei bildirib ki, əgər ABŞ müharibə başlatsa, bu müharibə regional miqyasda olacaq.

"ABŞ bilməlidir ki, əgər müharibə başlatsa, bu dəfə regional miqyasda olacaq", - Ali dini lider dünyaya xəbərdarlıq edib.

Qeyd edək ki, son günlər xarici KİV-də İrana hücumun olacağı ilə bağlı silsilə yazılar dərc olunur. Yanvarın 22-də ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, "hər ehtimala qarşı Amerika Hərbi Dəniz Qüvvələrinin çoxsaylı gəmiləri İrana doğru irəliləyib. O, ümumilikdə böyük qüvvələrin bu istiqamətdə hərəkət etdiyini vurğulayıb. Lakin Ağ Ev rəhbəri əlavə edib ki, sonda heç bir pis hadisənin baş verməməsinə üstünlük verir.

Seçilən
21
publika.az

1Mənbələr