AZ

"Onlar qəbrimin üstünə gəlməsin"

Türkiyənin sevilən muğənnisi Fatih Ürək dünyasını dəyişəndən sonra vəsiyyəti üzə çıxıb. Məlum olub ki, sənətçi sağlığında qatıldığı bir televiziya proqramında vəsiyyətini açıqlayıb.Metbuat.az xəbər verir ki, türkiyəli məşhur öləndən sonra onun adını daşıyan məktəbin açılmasını arzu etdiyini bildirib: "Mən uşaqları çox sevirəm. Onlara heyranam. Uşaq görəndə özümü saxlaya bilmirəm, ağlayıram. Məndən qalan pulla bir məktəb açılmasını istəyirəm ki, gül balalarımız orada təhsil alsınlar. Bütün var-dövlətimi uşaqlara qurbandır".

Fatih Ürək bəzi insanların onu incitdiyini, qəlbini qırdığını dilə gətirib: "Söhbət sənət dünyasındakı həmkarlarımdan getmir. Kənar şəxslər var ki, məni bərk incidiblər. Onlar qəbrimin üstünə gəlməsinlər".

Seçilən
10
metbuat.az

1Mənbələr