AZ

Tramp Çinı Venesueladan nefti almağa çağırıb

ABŞ prezidenti iddia edir ki, Yeni Dehli artıq İran nefti əvəzinə Venesuela neftinin alınması ilə bağlı razılaşmaya gedib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərlə “Air Force One” təyyarəsində keçirdiyi brifinq zamanı Çinin Venesuela neftini almağa başlaya biləcəyini və bunun Vaşinqton üçün “əla neft sazişi” olacağını bildirib.

Trampın sözlərinə görə, ABŞ bu istiqamətdə Pekinlə əməkdaşlığa açıqdır və Çin Venesueladan neft alarsa, bu, tərəflər arasında daha geniş enerji anlaşmasının formalaşmasına zəmin yarada bilər. O, çıxışında Çinə müsbət mesaj verərək “Çini alqışlayırıq” ifadəsini işlədib.

ABŞ prezidenti həmçinin Hindistanın artıq oxşar bir addım atdığını iddia edib. Trampın sözlərinə əsasən, Yeni Dehli İran neftini almaq əvəzinə Venesuela neftini satın almağa razılaşıb və bununla bağlı “konseptual razılaşma” əldə olunub.

“Çin gələ bilər və neft ala bilər, biz də neftlə bağlı əla bir razılaşma bağlayardıq. Bilirsiniz, biz Çini alqışlayırıq.

Biz artıq bir razılaşma bağlamışıq: Hindistan gəlir və onlar İranın əvəzinə Venesuela neftini alacaqlar. Beləliklə, biz artıq bu razılaşmanı, razılaşmanın öz konseptini bağlamışıq”, — deyə Donald Tramp qeyd edib.

Müşahidəçilər bildirirlər ki, Trampın bu açıqlaması ABŞ-nin İran üzərində iqtisadi təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Vaşinqton uzun müddətdir Tehranın neft ixracından əldə etdiyi gəlirləri azaltmağa çalışır və bunun üçün alternativ enerji marşrutları və təchizatçıların önə çıxarılmasını dəstəkləyir.

Eyni zamanda Venesuela nefti ilə bağlı mümkün yeni razılaşmalar da beynəlxalq enerji bazarında balansın dəyişməsinə təsir göstərə bilər. Bu cür addımlar təkcə siyasi deyil, həm də iqtisadi baxımdan böyük oyunçuların maraqlarını toqquşduran amillər kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
13
1
poliqon.info

2Mənbələr