AZ

Rusiya sovet qarnizonunu bərpa edir: 15 min hərbçi...

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Finlandiya ilə sərhəddə yerləşən Petrozavodskda sovet qarnizonunu bərpa edir.

Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” nəşri məlumat yayıb.

“Ərazi 15 000 rus əsgərindən ibarət böyük bir hərbi kontingenti yerləşdirmək üçün hazırlanır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ərazilər təmizləndikdən sonra avadanlıqlar gətirilib və ordu kazarmaları da daxil olmaqla yeni obyektlərin tikintisinə başlanılıb.

Məlumata görə, Petrozavodskun 12 km-də yerləşən Besovets aviabazasında artıq təxminən 80 Su-35S qırıcısı və Su-27 təyyarəsi yerləşdirilib, eyni zamanda ərazidə bir neçə min zirehli maşın və sovet dövründən qalma silahlar da saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr