AZ

Zəkiyyə Kərimova vəfat etdi FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova vəfat edib. 

Bu barədə "Yeni Sabah" onun yaxınları məlumat verib. 

Muzey direktoru uzun sürən xəstəlikdən dünyasını dəyişib. Məhrum bu gün Bakıda dəfn olunacaq. 

Qeyd edək ki, Kərimova Zəkiyyə Abbasəli qızı 1959-cu ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 

1977-ci ildə  Ardanış kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kitabxanaçılıq və biblioqrafiya fakultəsinə daxil olub. 1982-ci ildə həmin universiteti bitirib. 

1993-cü ildən etibarən Bakı Dövlət Universitetinin Tarix muzeyində baş laborant vəzifəsində işləyib, eyni zamanda BDU-nun filologiya fakultəsinin “Müsair Azərbaycan dili” kafedrasının dissertantı olub.

“Müasir aşıq şerinin dil və üslub xüsusiyyətləri” mövzusunda elmi araşdırmalar aparıb və namizədlik dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb 

1997-ci ildən Bakı Dövlət Universitetində yaradılan Heydər Əliyev Muzeyinin direktoru vəzifəsində işləyiv.

Paralel olaraq, universitetin Filologiya fakultəsinin Ümumi dilçilik kafedrasında müəllim işləyib.


Telegram kanalımız
Seçilən
16
2
yenisabah.az

3Mənbələr