Ermənistanda Azərbaycanofobiyanın növbəti açıq təzahürü qeydə alınıb. Bu dəfə insident İrəvanda baş verib.
Məlumata görə, radikal millətçi mövqeyi ilə tanınan bir erməni qadın taksi sifariş edib.
Avtomobilə minərkən sürücünü “azərbaycanlı” zənn edən qadın ona qarşı aqressiv davranmağa başlayıb, irqçi və təhqiredici ifadələr işlədib. Hadisə bununla da bitməyib.
Həmin şəxs daha sonra sosial şəbəkə hesabında paylaşım edərək “azərbaycanlılar artıq İrəvandadır” kimi təxribat xarakterli ifadələr işlədib və cəmiyyətdə nifrət ovqatı yaratmağa cəhd göstərib.
Lakin qısa müddət sonra yayılan məlumatlar bu iddiaların tamamilə əsassız olduğunu üzə çıxarıb. Belə ki, taksi sürücüsünün azərbaycanlı deyil, Türkmənistan vətəndaşı olduğu məlum olub. Bununla da qadının paylaşımı və davranışı cəmiyyətdə istehza və qınaqla qarşılanıb.
Baş verən hadisə Ermənistanda etnik nifrət və şovinist düşüncənin hansı həddə çatdığını bir daha nümayiş etdirir.
Şahanə Rəhimli
Musavat.com
