ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ölkənin bir neçə bölgəsində raket sınaqları keçirib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, Kərəc, Xuzistan və İsfahan şəhərləri üzərində ortamənzilli raketlər, Ərak şəhəri yaxınlığında isə "Fateh" tipli uzaqmənzilli raketlər sınaqdan keçirilib.
Raket sınaqları zamanı çəkilən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Kadrlarda raketlərin havaya buraxılması və uçuş trayektoriyası əks olunub.
Sınaqlar ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı və İran ətrafına əlavə hərbi qüvvələr topladığı dövrdə baş tutub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.