ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində “Nipah” virusuna yoluxmuş hər iki şəxsin sağ olduğunu və xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
“Cebheinfo.az” xəbər verir ki, ÜST eksperti Anais Leqanın sözlərinə görə, yoluxmuş şəxslərlə təmasda olan 190 nəfərdən heç birində simptomlar müşahidə edilməyib və “Nipah” virusuna qarşı test nəticəsi mənfi çıxmayıb.
"Milli, regional və qlobal səviyyədə risk aşağı qiymətləndirilir", - deyə o bildirib.
Təşkilat əvvəllər “Nipah” virusunun Hindistandan kənarda yayılma ehtimalının aşağı olduğunu bildirmişdi. Lakin ÜST Hindistanın bəzi ərazilərində və qonşu Banqladeşdə yarasa populyasiyalarının olması səbəbindən əlavə yoluxma hallarının ehtimalını istisna etmir.
“Nipah” virusu (NiV) meqabatlar tərəfindən daşınan patogendir. Heyvanlardan insanlara ötürülə bilər və ağır ensefalit və tənəffüs yoluxucu xəstəliklərə səbəb ola bilər, bəzi hallarda ölüm nisbəti 80%-ə çatır. “Nipah” virusunun yayılması hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində baş verir və bu da xeyli ölümə səbəb olur. 1998-ci ildə aşkarlandığı vaxtdan bəri təxminən 1000 nəfər yoluxub.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.