AZ

Azərbaycan Ermənistana şəkər satacaq?

Ermənistan mətbuatında  yaxın gələcəkdə Azərbaycandan şəkər idxal edəcəyi ilə bağlı məlumatlar yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan mediasında yayılan məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

Nazir jurnalistlərə bildirib:

"Bu mərhələdə bu barədə şərh verə bilmərəm".

Mətbuatın iş adamı Samvel Aleksanyan haqqında verdiyi suala da Papoyan belə cavab verib:

"Bu mərhələdə bu barədə şərh verə bilmərəm. Hazırda yalnız bir növ məhsul idxal olunur, o da benzindir".

Seçilən
28
cebheinfo.az

1Mənbələr