AZ

Mourinyo "Real"la pley-off oyunlarından danışdı

style='margin-bottom:10px;'>

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, Mourinyonun komandası bu mərhədə Madrid “Real”ı ilə qarşılaşacaq.

Portuqaliyalı mütəxəssis "Marca"ya açıqlamasında deyib:  “Bizim cəmi iki variantımız var idi: ya ‘Real’, ya da ‘İnter’. Seçim böyük deyildi. Bizə kral düşdü. Bir neçə gün əvvəl oyundan sonra ‘Real’ın bir futbolçusu mənə formasını təklif edəndə, zarafatla ‘Benfika’nın oyunçularına madridlilərin qolunda daşıdığı emblemi göstərdim. Onların Çempionlar Liqasında 15 kuboku var. Onlar krallardır.

Bu, sadəcə tarix deyil. Şübhəsiz ki, turnirin əsas favoritinə qarşı oynayacağıq. Amma buna qədər bizi daha üç oyun gözləyir və məhz onlara fokuslanmalıyıq”,

Xatırladaq ki, "Benfika" Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Real"a 4:2 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib. "Real" isə bu məğlubiyyətdən sonra 1/8 finala yüksəlmək şansını itirərək 9-cu yeri tutub.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr