AZ

Salah bu rekordla Anri ilə Runini geridə qoydu

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Nyukasl”la matçda (4:1) məhsuldar ötürmə edərək yeni rekordçu olub.

Publika.az xəbər verir ki, misirli futbolçu 67-ci dəqiqədə Florian Virtsə məhsuldar ötürmə edib. “Squawka”ya görə, bu, 33 yaşlı ulduzun Premyer Liqada “Enfild”də 152-ci qolun vurulmasında birbaşa iştirakıdır. Bu, bir stadionda qeydə alınan yeni rekorddur.

“Mersisaydlılar”ın hücumçusu müvafiq olaraq “Hayberi”də və “Old Trafford”da 151 qola birbaşa töhfə verən əfsanəvi Tyerri Anri və Ueyn Runini geridə qoyub.

Seçilən
39
publika.az

1Mənbələr