AZ

Renat Dadaşov qərarını verməyib - istəyən klublar var, maaş məsələsi problemə çevrilib

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov hələ də özünə yeni komanda tapa bilməyib. Hazırda məxsus olduğu “Motor” onunla yollarını ayırmaq istəyir və bu barədə futbolçunu da məlumatlandırıb. Lakin Dadaşova təkliflər olsa da, onun istədiyi maaşı ödəyən klublar yoxdur.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın hücumçusunun hazırda ən real variantı Türkiyədəndir. Belə ki, onun xidmətində birinci liqada çıxış edən klublar maraqlıdır. Hazırda Dadaşov məhz bu təklifləri dəyərləndirmək istəyir. Eyni zamanda isə “transfer pəncərəsi”nin sonuna qədər gözləməyi, yeni gələcək təkliflərin ola biləcəyini əsas götürərək, tələsik qərar verməməyi üstün tutur.

Qeyd edək ki, Renat özü Azərbaycanda çıxış etməyə razı olsa da, maaşına görə ona yaxın duran klub olmamışdı.

 

saytlarin hazirlanmasi

Seçilən
17
2
sportal.az

3Mənbələr