AZ

Problemləri də var, ədaləti də

«Sumqayıt» mövsümün sayca doqquzuncu qələbəsini Yevlaxda qazandı. «Karvan»la oyun onları dördüncü pilləyə qaldırdı.
Saşa İliç nəticə baxımından məmnun qala bilər. «3 xal varsa, qalibi mühakimə etməzlər» prizmasından yanaşsaq, serbiyalı baş məşqçinin vəziyyəti yenidən nəzarətə götürdüyünü demək mümkündür. Amma... Yox, problem var.
«Sumqayıt»ın müdafiə fazasında boşluqları mövcuddur. İstər cinahlar, istərsə mərkəz bölgə boşluqlara açıqdır. Qonaqların şansı gətirdi ki, «Karvan» oyunun əvvəlində yaxaladığı epizodları dəyərləndirə bilmədi. Həmin fraqmentlərin bir-ikisi torun silkələnsəylə başa çatsaydı, «Sumqayıt» 1 xalı qurtarmağa da çətinlik çəkərdi.
Ədalət futbolun önəmli tərəfidir. İliç bu prinsipə diqqət ayırdığı üçün Yevlaxda sevinən tərəf oldu. Xəyal Feyzullayev əla forma yığdığını bu matçda sübut elədi. Bu gənc qapıçının qurtarışlarını hələ bir müddət xatırlayacağıq. Xəyal inamlı duruşu və seyvləri ilə komanda yoldaşlarını yuxudan oyatdı, dedi, mən oynayıram, siz də oynayın, əziyyətimi yerə vurmayın.
MUSA

Seçilən
25
sportinfo.az

1Mənbələr