Meqastar Tarkanın yanvarın 16-da start götürən konsertləri Türkiyənin ən tanınmış simalarını bir araya gətirməyə davam edir.
Günlər öncədən biletləri tükənən, hətta qara bazarda qiymətləri 40 min lirəyə qədər yüksələn (təxminən 1563 manat) konsertlərə Türkiyənin ən varlı qadınları sırasında yer alan Gülər Sabancı da qatılıb.
O, yanvarın 30-da Tarkanın konsertini canlı izləyib. Gülər Sabancı konsertdən olan kadrları sosial media hesabında paylaşaraq Tarkan haqqında xoş sözlərini bölüşüb. Sabancı paylaşımında yazıb:
“Tarkan… Möhtəşəm bir konsert və ürəkdən gələn inanılmaz zəhmət var… Yaxşı ki, var”.
Gülər Sabancının konsert zamanı taxdığı üzərində “Tarkan” yazısı olan bandana isə sosial mediada qısa müddətdə diqqət çəkib.
Musavat.com
