AZ

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.

VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
5
apa.az

8Mənbələr