AZ

Tramp Obamanın həbsini istəyir

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı onun guya Rusiya ilə əməkdaşlıq etməsi ilə bağlı ittihamların saxtalaşdırılması səbəbindən keçmiş prezident Barak Obamanın həbs olunmasını tələb edib.Metbuat.az xəbər verir ki, bu barədə "The American Conservative" jurnalı məlumat yayıb.

Məlumata görə, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) 2016-cı il seçkilərinin gedişi ilə bağlı kəşfiyyat məlumatlarını saxtalaşdırmaq barədə şəxsən göstəriş verdiyini iddia edib. ABŞ Prezidenti bunu dövlət çevrilişinə cəhd adlandıraraq, Obamanın məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Seçilən
20
metbuat.az

1Mənbələr