AZ

“Gəlin qayası”: Daşa çevrilən qadının əfsanəsi turistləri cəlb edir

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Giresun Sıvacı kəndində yerləşən “Gəlin qayası” adlanan div qayalar həm görünüşü, həm də qədim əfsanəsi ilə bölgə turizminin diqqət mərkəzinə çevrilib. Əfsanəyə görə, istəmədiyi bir kişi ilə evləndirilən gənc qız dua edərək taşa çevrilir və qaya üzərində körpəsi olan qadın siluetini xatırladır.

Sherg.az xəbər verir ki, bölgənin İl Özel İdarəsi “Gəlin qayası”nı rəsmi turizm məkanına çevirmək üçün işlərə başlayıb. Səyyah balkonu, ətraf abadlaşdırma və sosial infrastruktur nəzərdə tutulur. Yerli sakinlər bildirir ki, illərdir turistlər burada dayanıb şəkil çəkdirirlər, yeni kompleks isə həm nizam-intizam yaradacaq, həm də ziyarətçilərin qayalara daha hörmətlə yanaşmasını təmin edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr