“30-a yaxın filmlərdə çəkilmişəm. 15-dən çox televiziya tamaşalarında oynamışam. Çəkildiyim “Qapalı orbit”, “Gəlinlər” televiziya tamaşası o illərdə çox populyar idi. Burada çəkilən Rafaellə Coşqun mənim tələbələrim idi. Bu televiziya tamaşasını da efirə vermirlər. Heç olmasa Məhərrəm Bədirzadəni yada salsınlar, məni yox. “Ötən ilin son gecəsi” filmindəki roluma görə bütün SSRİ-dən məktublar alırdım. Hətta oradakı rolum Heydər Əliyevin də xoşuna gəlmişdi. Bu paxıllıq, rəqabət hər zaman olub və olacaq”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib. O daha sonra səhhətindən danışıb:
“Heç kimə ümid vermək istəmirəm. Nə görüşmək, nə də filmdə çəkilmək istəyirəm. Gözlərimə görə ümumiyyətlə yaşamaq istəmirəm. Bilirsiniz ki, göz aktrisa üçün, ələxsus da mənim kimi filmləri izləməyi sevən bir insan üçün nə deməkdir?! Mən kino adamıyam. Ömür boyu kino və seriallarla məşğul olmuşam. Allah qoy mənə başqa bir xəstəlik versin, amma gözlərim görsün. Mən gördüyümü görmüşəm. Arzulayıram ki, siz gənclər, nəvələrim, nəticələrim gün görsünlər” deyə xalq artisti bildirib.