İtaliyanın “Napoli” klubunun hücumçusu Siril Nqonqe karyerasını İspaniyada davam etdirəcək. 25 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “Espanyol”a keçib.
İdman.Biz xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Razılaşma 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq və müqavilədə futbolçunun birdəfəlik transferi üçün satınalma hüququ da yer alıb.
Transfermarkt portalına görə, belçikalı hücumçunun bazar dəyəri səkkiz milyon avro (16 milyon AZN) təşkil edir. Nqonqe mövsümün ilk yarısını icarə əsasında “Torino”da keçirib, burada 23 oyunda bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.