AZ

Rafael Fiziyevdən məğlubiyyət şərhi: “Yaxşıca döyüldüm, amma geri qayıdacağam”

BAKI, 1 fevral. TELEQRAF

Xəbər verdiyimiz kimi, Rafael Fiziyev Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlub olub.

Teleqraf xəbər verir ki, “Ataman” ləqəbli idmançı sosial şəbəkə hesabında paylaşım edərək döyüşün nəticəsini şərh edib:

“Nə deyə bilərəm ki? Deyəcək sözüm yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut... Amma nə etmək olar? Mən cəsarətimin çatdığı həyatı yaşayıram. Bəli, buna cürətim çatır. Hər kəsin bu cür yaşamağa cəsarəti çatmır. Mən döyüşçüyəm, geri qayıdacağam. Özümü inkişaf etdirəcəyəm, irəli gedəcəyəm və hamını qələbələrimlə sevindirməyə çalışacağam. Bunun öhdəsindən gələcəyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Bu dəfə alınmadı, amma hələ hər şey irəlidədir!”

Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyev döyüşün ikinci raundunun sonunda (4:30) rəqibinin güclü zərbələrindən sonra texniki nokautla uduzub. Bu, onun peşəkar karyerasında 5-ci məğlubiyyətidir.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr