Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mərhum Hollivud aktrisası Odri Hepbernə məxsus olmuş "Bulgari" broşu Parisdə "Sotheby’s" hərracında 355,6 min avroya satılıb.
Axşam.az xəbər verir ki, lotun yekun qiyməti ilkin 60 min avroluq dəyərləndirməni təxminən altı dəfə üstələyib. 1960-cı illərə aid olan bu zinət əşyası tovuz quşu formasında hazırlanıb və üzərində sapfirlər, zümrüdlər və brilyantlar istifadə olunub.
Qeyd edək ki, Broş Odrinin rəfiqəsi Doris Brinnerin kolleksiyasına daxil idi. Məlumata görə, Hepbern zinət əşyasını ona şəxsi hədiyyə kimi təqdim edib. Hərracı təşkil edən isə Brinnerin qızı Viktoriya olub.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.