AZ

Gədəbəy sakini küçə itlərinin hücumuna məruz qalıb

Gəncə şəhərində Gədəbəy rayon sakini olan qadın küçə itlərinin hücumuna məruz qalıb.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Nigar Məhərrəmova xəsarət alıb. 23 yaşlı qadın dərhal Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti qənaətbəxşdir.

Seçilən
5
4
bakivaxti.az

5Mənbələr