BAKI, 1 fevral. TELEQRAF
Böyük Britaniyanın baş naziri Kir Starmer Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryunun Ceffri Epşteynlə əlaqələri ilə bağlı ABŞ Konqresi qarşısında ifadə verməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Britaniya baş nazirinin bəyanatına istinadla yazıb.
Starmer qeyd edib ki, Endryu Epşteynlə olan əlaqələri ilə bağlı ABŞ Konqresi qarşısında ifadə verməlidir. Britaniya hökumətinin başçısı vurğulayıb ki, onun mövqeyinə əsasən, hər hansı məlumatı olan şəxs bu məlumatı tələb olunduğu formada təqdim etməyə hazır olmalıdır.