BAKI, 1 fevral. TELEQRAF
İstanbuldan Tehrana uçuş həyata keçirən sərnişin təyyarəsi Ankarada təcili eniş edib.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, "AJet" aviaşirkətinin İstanbul Sabiha Gökçen–Tehran marşrutu üzrə uçuş həyata keçirən "Boeing 737" tipli təyyarəsi uçuş zamanı fövqəladə vəziyyət elan edib.
Təyyarə Ankara Esenboğa Hava Limanına yönəlib və təhlükəsiz şəkildə eniş edib.
Hazırda pilotların fövqəladə vəziyyət elan etməsinə səbəb olan hal barədə rəsmi açıqlama verilməyib.