AZ

53 milyard dollarlıq qızıl imperiyası: küçələri də qızıldan olacaq

Dubay növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır. Şəhərdə qızıldan hazırlanacaq ilk küçənin inşası planlaşdırılır. Layihə Dubayın məşhur Qızıl kvartalının yenilənmiş formatı olan Dubai Gold District konsepsiyası çərçivəsində həyata keçiriləcək.

Yeni məkan minlərlə qızıl və zinət əşyası satıcısını bir araya gətirən mövcud ticarət zonasının tamamilə fərqli və simvolik mərhələyə keçidi kimi dəyərləndirilir. Küçənin örtüyündə real qızıl elementlərindən istifadə olunacağı bildirilir. Layihənin açılış tarixi isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri hazırda dünyada fiziki qızıl ticarətinin ikinci ən böyük mərkəzi sayılır. Rəsmi məlumatlara görə, ölkə təkcə 2024–2025-ci illər ərzində 53,4 milyard dollardan çox dəyərində qızıl ixrac edib. Bu göstərici Dubayın qlobal qızıl bazarındakı mövqeyini daha da möhkəmləndirib.

Dubai Festivals and Retail Establishment-in baş direktoru Əhməd Əl-Hadja bildirib ki, qızıl Dubayın mədəni irsi və biznes fəlsəfəsinin ayrılmaz hissəsidir və şəhərin rifahını, davamlı inkişafını və sahibkarlıq ruhunu təcəssüm etdirir.

Seçilən
2
news365.az

1Mənbələr