AZ

İstanbuldan Tehrana uçan təyyarə təcili eniş etdi

İstanbuldan Tehrana uçuş həyata keçirən sərnişin təyyarəsi Ankaranın Esenboğa Hava Limanına təcili eniş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Bildirilib ki, İstanbulun Sabiha Gökçen Hava Limanından İranın paytaxtı Tehrana uçan "Boeing 737" təyyarəsi Kırşehir üzərində təcili vəziyyət elan edib.

Təyyarə Ankara Esenboğa Hava Limanına eniş edib.

Hadisənin təfərrüatları ilə bağlı açıqlama verilməyib. 


Telegram kanalımız
Seçilən
41
12
yenisabah.az

10Mənbələr