AZ

Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi

Psixiatr Tales Alberto yüksək sürətlə videolar izləməyin və səs yazılarını dinləməyin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

E-saglam.az xəbər verir ki, o, bu vərdişin həm yaddaşa, həm də diqqət qabiliyyətinə ciddi təsirlər yaratdığını vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, beyin davamlı şəkildə sürətləndirilmiş məlumat axınına alışdıqda gündəlik həyatdakı normal proseslərlə ayaqlaşmaq çətinləşir. Bir insanı dinləmək, hadisələrin təbii axarını gözləmək və adi ritmdə məlumat qəbul etmək narahatlıq yarada bilər.

Alberto əlavə edib ki, sürətli videolar beynin emal edə biləcəyindən daha çox məlumat ötürdüyü üçün unutqanlıq və diqqət pozuntuları meydana çıxır. O, yüksək tempdə kontent istehlakının insanlarda əsəbilik, səbirsizlik və konsentrasiya çətinliyi yaratdığını qeyd edib.

Mütəxəssislər bildirirlər ki, beyin informasiyanı təbii ritmdə qəbul etməyə ehtiyac duyur və ardıcıl sürətləndirilmiş kontent bu balansı pozaraq psixoloji gərginlik yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr