İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən iğtişaşlarla bağlı sensasion açıqlama verib.
Dövlət başçısı hadisələrin sırf sosial etiraz kimi təqdim olunmasının yanlış olduğunu bildirib.
Pezeşkianın sözlərinə görə, cəmiyyətdə real problemlər və narazılıqlar mövcuddur, lakin son proseslər bu çərçivədən kənara çıxıb. O qeyd edib ki, silahdan istifadə, hərbçilərin öldürülməsi, təcili tibbi yardım maşınlarının və bazarların yandırılması etiraz anlayışı ilə uzlaşmır.
İran prezidenti iddia edib ki, xarici qüvvələr, o cümlədən ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu insanların narazılığından istifadə edərək ölkədə parçalanma və xaos yaratmağa cəhd göstəriblər.
Pezeşkian vurğulayıb ki, hakimiyyət real sosial problemləri görməməzlikdən gəlmir və onların həlli üzərində işləməlidir, lakin zorakılıq və silahlı hərəkətlər heç bir halda “xalq etirazı” kimi qəbul edilə bilməz.
Musavat.com