AZ

Klubu ilə yenidən anlaşdı

Fermin Lopesin “Barselona”da daha uzun müddət çıxış etmək imkanı var.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu gənc futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır. Rəhbərlik 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müddəti 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Ferminin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi. O, cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
1
football-plus.az

1Mənbələr