AZ

Qızıl bazarında rekorddan sonra kəskin eniş - ekspertdən xəbərdarlıq

Türkiyənin qızıl və maliyyə bazarları üzrə ekspert İslam Memiş qızılın qiymətindəki sərt enişə diqqət çəkərək, fevral ayında texniki düzəlişlərin davam edə biləcəyini deyib. O, bu enişləri panika deyil, "əlavə alış fürsəti" kimi dəyərləndirməyi tövsiyə edir.

Milli.Az xəbər verir ki, qızılın qiyməti rekord həddə çatdıqdan sonra sürətlə geriləyib.

ABŞ Federal Ehtiyat Sistemi (FED) yeni FED sədrinin kim olacağı ilə bağlı qeyri-müəyyənlik bazarlarda istiqamət axtarışını gücləndirib.

ABŞ-İran gərginliyi və Rusiya-Ukrayna müharibəsindəki son irəliləyişlər "təhlükəsiz liman" olan qızıla tələbi dəyişir. Rusiyanın hücumları dayandırmağa müsbət yanaşması qızılın enişini sürətləndirib.

Ekspert 2026-cı ili "manipulyasiya ili" adlandırıb və investorlara bu mesajları verib:

Fevral ayında enişlərin davam edə biləcəyini, lakin bunun qorxulu olmadığını bildirib.

Uzunmüddətli perspektivdə qram qızılın 10 000 TL (390 manat) səviyyəsinə çatmasının sürpriz olmayacağını iddia edib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
33
50
milli.az

10Mənbələr