İngiltərə Premyer Liqasında 24-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib.
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşdığı "Liverpul" Ağdam təmsilçisinin pley-offdakı rəqibi "Nyukasl"la üz-üzə gəlib. Görüşdə "mersisaydlılar" "Nyukasl"ı 4:1 hesabı ilə məğlub ediblər.
Hazırda Premyer Liqanın turnir cədvəlinə 53 xalla "Arsenal" liderlik edir. "Liverpul" 39 xalla 5-ci, "Nyukasl" isə 33 xalla 10-cudur.
İngiltərə Premyer Liqası, 24-cü tur
"Liverpul" - "Nyukasl" - 4:1
Qollar: Ekitike, 41, 43, Virtz, 67, Konate, 90+3 - Qordon, 36
"Brayton" - "Everton" - 1:1
Qollar: Qrob, 73 - Beto, 90+7
"Lids Yunayted" - "Arsenal" - 0:4
Qollar: Zubimendi, 27, Darlov, 38-avtoqol, Qyökereş, 69, Jesus, 86
"Vulverhempton" - "Bornmut" - 0:2
Qollar: Krupi, 33, Skott, 90+1
"Çelsi" - "Vest Hem" - 3:2
Qollar: Pedro, 57, Kukurella, 70, Fernandez, 90+2 - Bouen, 7, Summervill, 36