AZ

ABL: 15-ci tura "Neftçi"nin oyunu ilə yekun vurulur

Azərbaycan Basketbol Liqasında 15-ci tur tur davam edir. 

Fanat.Az xəbər verir ki, tura bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

A qrupunda "Gəncə" - "Şəki" görüşü saat 14:00-da, NTD - "Neftçi" matçı saat 18:00-da start götürəcək.

"Neftçi" bu qrupda 20 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan "Gəncə" dördüncü sıradadır. Beşinci yerdəki "Şəki"nin, altıncı mövqedəki NTD-nin 16 xalları var.

Qeyd edək ki, 15-ci turun digər oyunlarında "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.

Seçilən
10
5
fanat.az

6Mənbələr