AZ

''Beşiktaş'' bu qapıçıya görə rəsmi təklif irəli sürdü

Mərt Günokla vidalaşan və Ərsin Destanoğlunun performansından razı qalmayan ''Beşiktaş''da qapıçı axtarışları davam edir.

"Football-plus.az" xəbər verir ki, son olaraq İstanbul nəhəngi ilə bağlı sürpriz bir iddia ortaya atılıb.

Belə ki, ''ağ-qaralar'' ''Liverpul''un qapıçısı Georgi Mamardaşviliyə rəsmi təklif irəli sürüblər. Bu xəbəri İtaliyanın ''Foot Mercato'' saytı paylaşıb. ''Qartal'' yarım mövsümlük icarə üçün ''Liverpul''a 2 milyon avro təklif edib. Müqaviləyə qapıçının performansından asılı olaraq icarə müddətinin artırılması ilə bağlı maddə də salınıb. ''Liverpul''da hələ ki, Alisson Bekkerin kölgəsində qalan Gürcüstan yığmasının üzvü bu mövsüm cəmi 5 rəsmi oyuna çıxıb. Bu qarşılaşmaların yalnız 1-də qapısını toxunulmaz saxlayıb və 10 top buraxıb.

Mamardaşvilinin transfer dəyəri 28 milyon avro civarındadı.

Seçilən
3
1
football-plus.az

2Mənbələr