AZ

"Turan Tovuz" "Qarabağ" üçün "şərəf dəhlizi açmaq" niyyətində deyil - "bizə müraciət daxil olmayıb"

Xatırlayırsızsa, srağagün "Turan Tovuz"un Misli premyer-liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ" üçün "şərəf dəhlizi” açıb-açmayacağı ilə bağlı məsələni araşdırmışdıq. Axı "köhlən atlar" tarixi uğura imza atıb: Çempionlar Liqasında pley-offa vəsiqə qazanıb.

Bu barədə "bozqurd"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə Peşəkar Futbol Liqasının Media və Marketinq departamentinin rəhbəri Sənan Abdullayevə müraciət ünvanlasaq da, tərəflərdən cavab ala bilməmişdik.

Sonradan Sənan bəydən "Turan Tovuz" "şərəf dəhlizi açmaq" istəsə, qurum buna şərait yaradacaqmı?" sualına cavab gəldi. "Football-plus.az" PFL rəsmisinin dediklərini diqqətinizə çatdırır:
"Əlbəttə, "Qarabağ"ın uğuru hamı kimi PFL-i də sevindirir. Bununla bağlı rəsmi saytımızda, sosial şəbəkə səhifələrimizdə davamlı paylaşımlar etdik, təbriklərimizi, sevincimizi çatdırdıq. Bundan başqa, kluba rəsmi təbrik məktubu da göndərmişik. Həmçinin fərdi olaraq da sevincimizi bölüşmüşük. Amma sırf qeyd etdiyiniz tərzdə hansısa plan nəzərdə tutulmayıb və bununla bağlı klubdan da bizə müraciət daxil olmayıb".
Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək "Qarabağ" - "Turan Tovuz" oyunu bu gün saat 18.30-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
1
1
football-plus.az

2Mənbələr