İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIV turu çərçivəsində “Liverpul” və “Nyukasl Yunayted” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Liverpulda yerləşən “Enfild” stadionunda keçirilən görüşdə meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar. Baş hakim funksiyasını Simon Huper yerinə yetirib.
36-cı dəqiqədə Entoni Qordon hesabı açaraq qonaqları önə çıxarıb. 41-ci dəqiqədə Uqo Ekitik cavab qolunu vurub, 43-cü dəqiqədə isə Ekitik fərqi artıraraq dubla imza atıb. 67-ci dəqiqədə Floryan Virts hesab arasındakı fərqi artırıb, 90+3-cü dəqiqədə isə İbraima Konate matçın yekun qolunu vurub – 4:1.
Bu nəticədən sonra “Liverpul” 39 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Nyukasl Yunayted” isə 33 xalla 10-cu sıradadır.