AZ

Zaqatalada hoteldə yanğın oldu - Xəsarət alan var

"Zaqatala Hotel"də yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən, 1995 ci il təvəllüdlü Şabanov Ruslan Şahid oğluna məxsus "Zaqatala Hotel"in birinci mərtəbəsində yerləşən hamam və sauna otağında qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərlə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində hotelin hamam və sauna hissəsində 150 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Yanğın söndürülən zaman bir nəfər yüngül xəsarət alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Hazırda hadisə yerində soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Seymur Əli

Seçilən
24
4
unikal.az

5Mənbələr